Secret weapon how to promote your YouTube channel
Get Free YouTube Subscribers, Views and Likes

Bura Vətəndir - Talışlar - 30.11.2020

Follow
İCTİMAİ TV

“BURA VƏTƏNDİR” TALIŞLAR
Ssenari müəllifi: Lütfi Nəzəroğlu
Rejissor: Nəsimi Əliyev

Filmdə,Azərbaycanın aborigen xalqları arasında özünəməxsus yeri olan talışların tarixini,məşğuliyyətini,adətənənəsini əks etdirən süjetlər öz əksini tapıb.
TALIŞLAR yığcam şəkildə,əsasən ölkəmizin cənub bölgəsi sayılan Lerik,Masallı,Yardımlı,Lənkəran və Astara rayonlarında, qismən də Bakı və Sumqayıt şəhərlərində yaşayırlar.Özlərini “tolış” və ya ”tolışon”adlandıran bu etnoslar dini etiqadlarına görə islam dininin daşıyıcılarıdır..
Talışların danışıq dili HindAvropa dil ailəsinin tərkib hissəsi sayılır. XIX əsrin 60cı illərinə aid olan bəzi mənbələr göstərir ki, adı çəkilən dövrlərdə talışlar yaşayan bölgələrin 142 kəndində talış dili üstünlük təşkil edib.Tarixən birgə yaşadıqları qardaş azərbaycanlılarla qaynayıb qarışan bu etnoslar,öz etnik xüsusiyyətlərini günümüzədək qoruyub saxlayıblar.
Həsirçilik sənəti məskunlaşdıqları ərazilərin təbiəti ilə bağlı olmaqla yanaşı, həm də bu etnosların əsas dədəbaba miraslarından sayılır. Əbəs deyil ki, talış ənənələri arasında mövcud olan ailə adətlərinə görə, gəlin köçən qızlara başqa cehizlərlə yanaşı,müxtəlif cür həsir məmulatları da verilir.
Azərbaycanda talışlar qədər düyü xörəkləri yeyən ikinci bir etnos yoxdur.Talış yeməklərindən bəhs edən, XIX əsr müəlliflərindən biri yazır ki,“mən talışlarda olarkən çörəyə rast gəlmədim,çünki,onların başlıca yeməyini ətsiz,suda bişirilmiş düyü təşkil edir ki,bunu da onlar yağsız yeyir və “ploy”adlandırırlar. Müəllif daha sonra qeyd edir ki:”talışların çoxlu sayda inəkləri olur və bu inəklər onları əla süd və süd məhsulları ilə təmin edir.”

  / ictimai.tv  
  / ictimaitv.official  
https://itv.az/
İTV xəbər:    / @itvxbr6631  

#ictimaitv #video #televiziya #baku #videolar #itv

posted by shagiwalj2